Modern.az

Ermənistanda kursantı öldürənlərə iş kəsildi

Ermənistanda kursantı öldürənlərə iş kəsildi

Aktual

5 Aprel 2022, 15:06

Ermənistanda Vazgen Sarkisyan adına Hərbi İnstitutun kursantı Haykaz Barseqyanın qatilləri 15 il müddətinə azadlıqdan məhrum edilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məhkəmə qərarı hadisədən 7 il sonra elan edilib.

 

Dörd kursant - Qnel Tevosyan, Vaçe Saakyan, Norik Saakyan və Movses Azaryan məhkəmə tərəfindən Haykaz Barseqyanın qətlində təqsirli bilinib, onların hamısı 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, 2015-ci il yanvarın 29-da 19 yaşlı kursant Haykaz Barseqyanın meyiti Vazgen Sarkisyan adına Hərbi İnstitutun idman meydançasında tapılmışdı. Fakta görə Cinayət Məcəlləsinin 104-cü maddəsinin 2-ci hissəsinin 7-ci bəndi ilə cinayət işi başlanıb. Kursantlar Vaçe Saakyan, Movses Azaryan, Qnel Tevosyan, Norik Saakyan, həmçinin Hərbi İnstitutunun zabiti, kapitan Artem Avetisyan həbs edilib. Ekspertiza kursantın asılaraq öldürüldüyünü müəyyən edib. Gəncin qatilləri istintaqa “intihar qeydi” təqdim ediblər, lakin ekspertiza qeydin Haykaz Barseqyan tərəfindən yazılmadığını müəyyən edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı