Modern.az

Nazirlər üçtərəfli bəyanatı müzakirə etdilər - YENİLƏNİB

Nazirlər üçtərəfli bəyanatı müzakirə etdilər - YENİLƏNİB

Aktual

5 Aprel 2022, 16:42

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

 

Bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

 

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

***

16:14

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Telefon danışığının detalları hələlik açıqlanmayıb. Gün ərzində rəsmi məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı