Modern.az

İki qurum birgə əməliyyat keçirdi

İki qurum birgə əməliyyat keçirdi

Aktual

5 Aprel 2022, 16:17

Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə əməliyyat keçirib.

 

Penitensiar Xidmətdən Modern.az-a verilən xəbərə görə, xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin əməkdaşları ilə əvvəlcədən əldə olunmuş əməliyyat məlumatına əsasən birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 04.04.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobu park yaşayış kompleksində yerləşən tikiliyə baxış keçirilən zaman orada olan gül qabının içərisində gizlədilmiş ümumi çəkisi 500 qram narkotik maddə - heroin aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...