Modern.az

Bülbül və Şevçenkonun güllələnmiş heykəli - Səfirdən diqqətçəkən PAYLAŞIM

Bülbül və Şevçenkonun güllələnmiş heykəli - Səfirdən diqqətçəkən PAYLAŞIM

Aktual

5 Aprel 2022, 23:20

Ukraynanın dünya şöhrətli şairi Taras Şevçenkonun heykəli Rusiya hərbçiləri tərəfindən güllələnib.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, heykəl Borodyanka şəhərində vandalizmə məruz qalıb.

Diplomat, eyni zamanda məşhur azərbaycanlı vokalist Bülbülün işğal dövründə Şuşada ermənilər tərəfindən güllələniş heykəlinin görüntüsünü paylaşaraq, iki oxşar hadisəyə diqqət çəkib.

Həmin paylaşımı təqdim edirik:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı