Modern.az

Partlayışdan sonra qardaşların “The Place” gecə klubu da BAĞLANDI

Partlayışdan sonra qardaşların “The Place” gecə klubu da BAĞLANDI

Aktual

6 Aprel 2022, 08:57

“Location” gecə klubunda baş vermiş partlayışdan sonra, obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və onun qardaşı Elşən Səfərova məxsus “The Place” gecə klubu da bağlanıb.

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən iaşə obyekti 3 gündür ki, fəaliyyət göstərmir. Gecə klubunun fəaliyyətinin bərpa olunub-olunmayacağı isə sual olaraq qalıb. Məlumata görə, “Location”da baş verən partlayışda xəsarət alanlar arasında “The Place” klubunun əməkdaşları da olub.

 

Qeyd edək ki, “The Place” ötən ilin martın 10-da fəaliyytə başlayıb. Hazırda Orxan Səfərov “Location”da baş verən partlayışa görə həbs olunan üç nəfərdən biridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı