İcra Başçısı Balakürd və Nərimanlı kəndlərindən olan Aprel qazilərini ziyarət edib.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və bir qrup ictimai fəallarla birgə, Balakürd və Nərimanlı kəndlərindən olan 2016-ci ilin Aprel döyüşlərinin Qaziləri Cavadov Razi Vidadi oğlunu və Quliyev Tural Sabrəddin oğlunu ziyarət etdi, qazilərin və ailələrinin sosial qayğıları ilə maraqlanıb.
Müəyyən dərman vasitələri ilə təmin olunmaları və fərdi yaşayış evinin tikintisi məqsədi ilə, aidiyyəti üzrə YAŞAT Fonduna və Əmək və Əhalnin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciətlərin ünvanlanacağı bildirilib. Sosial durumları nəzərə alınaraq, rayon İcra Hakimiyyəti tərəfindən Qazilərə maddi yardımlar göstərilib.