Modern.az

Peskov: “Biz bilmirik Zelenski nə yeyir, nə içir, nə çəkir”

Peskov: “Biz bilmirik Zelenski nə yeyir, nə içir, nə çəkir”

Aktual

6 Aprel 2022, 14:00

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Moskvanın adından Ukrayna prezidenti Volodimir Zelenskinin xarakterini şərh edib.

Modern.az xəbər verir ki, Peskov Fransanın LCI telekanalına müsahibəsində deyib:

"Bir çox jurnalist onun (Zelenskinin) çıxışlarını araşdırır. Bu, Ukrayna prezidentidir, lakin biz onun nə istifadə etdiyini, nə içdiyini, nə çəkdiyini bilmirik".

Dmitri Peskov bildirib ki, Rusiya Zelenskinin Rusiya-Ukrayna danışıqlarında irəli sürülən şərtlərlə razılaşmasında maraqlıdır.

“Moskva danışıqlar yolu ilə hərbi əməliyyatı dayandırmaq istəyir. Biz onun Rusiya Federasiyasının şərtləri ilə razılaşmasında maraqlıyıq", - Peskov müsahibəsində deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı