Modern.az

Rihanna dünyanın ən zəngin qadınları sırasında

Rihanna dünyanın ən zəngin qadınları sırasında

Aktual

6 Aprel 2022, 16:46

“Forbes” jurnalının son bir ilin ən zəngin qadınlarının siyahısını hazırlayıb.

Modern.az xəbər verir ki, məşhur müğənni Rihanna da siyahıya daxil edilib.

Rihanna adı çəkilən nəşr tərəfindən 2021-ci ilin avqustunda dollar milyarderi kimi tanınıb, o vaxt onun sərvəti 1,7 milyard dollar olub.

Həmin vəsaitdən 1,4 milyard dolları Rihannaya 50 faizinə sahib olduğu Fenty Beauty kosmetik markası gətirib. Müğənninin “Savage X Fenty” alt paltarı brendində də payı var.

 

Bu il reytinqə 2668 nəfər daxil olub ki, onlardan 327-si qadındır (keçən illə müqayisədə 1 nəfər azdır).

“Bu qadınların ümumi sərvəti (həyat yoldaşı, uşaqları, qardaşı və ya bacısı ilə sərvəti bölüşənlər də daxil olmaqla) keçən il 1,53 trilyon dollardan 1,56 trilyon dollara bərabər qiymətləndirilir”, - Forbes bildirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı