Modern.az

Belarus - Azərbaycan oyunu Serbiyada keçirilə bilər

Belarus - Azərbaycan oyunu Serbiyada keçirilə bilər

Aktual

6 Aprel 2022, 17:02

Belarus yığması UEFA Millətlər Liqasındakı rəqiblərini Serbiyada qəbul edə bilər.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, Belarus Futbol Federasiyası hazırda bu variantı nəzərdən keçirir.

 

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Belarus yığmaları və klubları ev oyunlarını neytral ölkədə keçirəcəklər və həmin qarşılaşmalara azarkeş buraxılmayacaq. İyunun 6-da oynanılacaq Belarus - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!