Modern.az

Qadın futbolçularımız qələbə ilə başladı

Qadın futbolçularımız qələbə ilə başladı

Aktual

6 Aprel 2022, 20:10

On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəyə qələbə ilə başlayıb.

 

Modern.az xəbər verir ki, B liqasının birinci qrupunda mübarizə aparan yığmamız Farer adaları ilə qarşılaşıb.

 

Şimali İrlandiyanın Larn şəhərindəki “İnver Park”da keçirilən görüş baş məşqçi Vüqar Əsgərlinin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın heyətində qolları Aysun Muradova və Pərvin Səfərəliyeva vurublar.

 

Qeyd edək ki, bu qrupun digər oyununda ev sahibi Şimali İrlandiya Malta seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

 

Azərbaycan millisi qrupdakı ikinci matçını aprelin 9-da Maltaya qarşı keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı