Modern.az

Ermənistanda uşaqlar azalır, boşanmalar artır

Ermənistanda uşaqlar azalır, boşanmalar artır

Aktual

7 Aprel 2022, 09:30

Ermənistanda bu il doğulan uşaqların sayı azalıb, boşanmaların sayı artıb.

 

Modern.az xəbər verir ki, bu barədə  Ermənistanın “Joğovurd” qəzeti yazıb.

 

“2020-ci ilin yanvar və fevral aylarında ölkəmizdə doğulanların sayı 5294, 2021-ci ilin eyni dövründə 5533 olubsa, bu ilin eyni dövründə 5344-ə enib. Digər mənfi xəbər isə Ermənistanda çoxlu boşanmaların başlanmasıdır. 

 

Ermənistan Statistika Komitəsindən bildirilib ki, bu ilin yanvar-fevral aylarında Ermənistanda boşanmaların sayı 740 olub. Digər tərəfdən, 2020-ci ilin yanvar-fevral aylarında nikahların sayı 2471, 2021-ci ilin yanvar-fevral aylarında 2870, bu ilin eyni dövründə isə 2625 azalıb” - deyə məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı