Böyük Britaniya Ukraynaya “Mastiff” və ya “Çakal” tipli zirehli maşınların göndərilməsi planını hazırlayır.
Modern.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
“Britaniya Müdafiə Nazirliyi “Mastiff” tipli zirehli maşınların göndərilməsi variantlarını nəzərdən keçirir. Bundan əlavə, britaniyalı hərbçilər təlimlər keçirmək üçün Ukrayna ilə qonşu olan ölkəyə göndəriləcək.
Böyük Britaniyanın Baş naziri Boris Conson Odessanı qorumaq və Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın cənubunda planlarını pozmaq üçün silah tədarük etmək niyyətində olduğunu bildirib”, - məlumatda deyilir.