Modern.az

Sertifikat ala bilməyənlərin dövlət qulluğuna xitam veriləcək

Sertifikat ala bilməyənlərin dövlət qulluğuna xitam veriləcək

Aktual

7 Aprel 2022, 10:32

“Mayın 8-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçiriləcək. Dövlət qulluğu üzrə sertifikat müddəti 5 ildir”.

 

Modern.az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Hüquqi-təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov bildirib.

 

Onun sözlərinə görə, sertifikatın müddətindən 4 il keçdikdən sonra, 12 ay, yəni 5-ci il bitənə qədər həmin şəxslər dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün vəzifənin aid olduğu alt qrup üzrə imtahanda iştirak etməli və sertifikat əldə etməlidilər.

 

Şöbə müdiri qeyd edib ki, 2016-cı ildən, yəni dövlət qulluğu ilə bağlı sertifikat sistemi qəbul edilmədən əvvəl dövlət qulluğunda işləyən şəxslər əgər öz işlərini davam etdirmək istəyirlərsə sertifikat əldə etmələrinə ehtiyac yoxdur: “Ancaq dövlət qulluğu stajı 10 ili ötməyən həmin şəxslər daha yüksək vəzifəyə iddia edirlərsə, bu zaman onlar da sertifikat əldə etmək üçün imtahan verməlidilər”.

 

Vüqar Əsgərov vurğulayıb ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikatı ala bilməyən şəxslərin dövlət qulluğuna xitam verilə bilər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı