Modern.az

Seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib

Seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib

Aktual

5 Aprel 2022, 11:37

Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib.

 

11 aprel 2018-ci il tarixdə Respublikamızda növbədənkənar Prezident seçkiləri keçirilib. Bu Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçkidir. 8 namizədin iştirak etdiyi bu seçki marafonunda Yeni Azərbaycan Partiyasının namizədi, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Heydər oğlu Əliyev olub. Demokratik, azad və şəffaf şəraitdə keçirilən seçkidə cənab İlham Əliyev Azərbaycan seçicilərinin 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.

 

Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci olan bu seçkidə səsvermə hüququna malik olan Azərbaycan vətəndaşlarının 74.3 % iştirak etmişdir. Prezident seçkilərində Azərbaycan xalqı yüksək əhval-ruhiyyədə iştirak etmiş və indiyə dək Azərbaycan Respublikasında görülən işlərə qiymət verərək öz səslərini vermiş və xalqımız öz iradəsini göstərmişdir. Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq demişdir: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub”;

 

Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev andiçmə mərasimində demişdir; “Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın”.

 

Bəli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, 2018-ci ildə Azərbaycan xalqına verdiyi sözü 2020-ci ildə yerinə yetirdi. Bugün biz qalib ölkəyik, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilib. Müstəqil Azərbaycan dövləti, dünya liderləri sırasında xüsusi yeri olan, güclü liderlik istedadı olan, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında daha böyük gələcəyə doğru qətiyyətlə addımlamaqda davam edir.

 

Malik Mirzəyev

YAP Lerik Rayon Təşkilatının sədri

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı