Ukraynanın xarici işlər naziri Dmitro Kuleba NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb.
Modern.az xəbər verir ki, bunu nazir tviter hesabında məlumat paylaşıb.
XİN başçısı Ukraynanı müdafiə etmək üçün NATO-dan silah istəyib:
“NATO-nun Brüsseldəki mənzil qərargahında Yens Stoltenberqlə görüşdük. Mən bu gün bura bir vacib məsələ üçün gəlmişəm. O da silah, silah və yenə silah”.