Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Modern.az AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 71,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (5 aprel 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 4,5% artıb.