Modern.az

Putinin məşuqəsi “işdən” ÇIXARILDI

Putinin məşuqəsi “işdən” ÇIXARILDI

Aktual

7 Aprel 2022, 14:21

Prezident Vladimir Putinin qızlarına sanksiya tətbiq olunacağı ilə bağlı açıqlamadan sonra Rusiya liderinin sevgilisi olduğu iddia edilən gimnast Alina Kabayevanın adı idarə etdiyi “Milli Media Qrupu”dan çıxarılıb.

 

Modern.az xəbər verir ki, “Putinin təbliğat maşını” rolunda çıxış edən media qurumu NMG diqqətçəkən addım atıb.

 

Belə ki, "Milli Media Qrupu" qurumun idarə heyətinin sədri 38 yaşlı Alina Kabayevanın fotosu və onunla bağlı məlumatları saytından silib. Kabayevanın adının rəsmi saytdan çıxarılmasının arxasında onun sanksiyalardan narahat olduğu göstərilib.

 

Şirkətdə işlədiyi üçün ildə 10 milyon dollar qazanac əldə etdiyi ehtimal olunan Kabayevanın Qərbin sanksiyalarından qorxduğu bildirilir. 

 

NMG Kabayevanın foto və məlumatının silinməsinə münasibət bildirməyib. İdarə heyətinin digər üzvləri ilə qurumun internet saytında tanış olmaq olar. 

 

Qeyd edək ki, əvvəllər heç bir media və iş təcrübəsi olmayan Kabayeva 2014-cü ildən quruma rəhbərlik edir. Məlumdur ki, Putinin özündən 31 yaş kiçik olan sevgilisi Kabayevanın ixtiyarında “Maybach” limuzinlər parkı var və Moskvada səfərləri zamanı yüksək səviyyəli təhlükəsizlik tərəfindən qorunur.

 

 

Kabayeva bədii gimnastika tarixində 2 olimpiya, 14 dünya çempionatı və 25 Avropa çempionatı medalı qazanıb. İdmanı tərk etdikdən sonra siyasətə gələn Kabayeva Putinin partiyasından deputat seçilib.

 

İddialara görə, Putinlə gizli eşq yaşayan Kabayevanın iki qız övladı dünyaya gəlib. Rusiya prezidentinin 62 yaşlı həyat yoldaşı Lyudmila ilə məhz Kabayevaya görə boşandığı bildirilir.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı