Bakının Səbail rayonu, “20-ci Sahə” adlanan ərazidə yola asfalt çəkilib. Həmin vaxt yolun kənarına avtomobil park edilib. Yol təmir edilsə də, avtomobilin parklandığı yer olduğu kimi qalıb.
Modern.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Məsələyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən də münasibət bildirilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, problem bu gün həllini tapacaq: “Əraziyə asfalt vurulan zaman həmin maşın ərazidə olub və sahibi tapılmadığı üçün belə bir vəziyyət yaranıb. Çünki bizim sahibi tapılmayan avtomobilin yerini dəyişməyə ixtiyarımız yoxdur. Bu gün artıq məsələ həllini tapacaq”.
