Modern.az

“YouTube” Zaxarovanı blokladı

“YouTube” Zaxarovanı blokladı

Aktual

7 Aprel 2022, 15:08

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçirdiyi brifinqin videosu “YouTube” şəbəkəsinin siyasətini pozduğuna görə bloklanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Google” şirkətinin mətbuat xidməti məlumat yayıb.

 

“Biz sosial şəbəkə siyasətimizi pozan və Ukrayna ilə əlaqəli kontenti silirik”, - “Google” şirkətindən Zaxarova ilə bağlı açıqlamada deyilir.

 

Zaxarova isə bildirib ki, “YouTube” Rusiya XİN-nin brifinqinin videosunu əngəlləməklə qaydaları kobudcasına pozub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!