Şəkidə minik avtomobili yanıb.
Modern.az-ın xəbərinə görə, bu gün günorta saatlarında Şəki şəhəri Güləhli məhəlləsində park edilən, Şəki şəhər sakini Şəhriyar Vaqif oğlu Kərimova məxsus "Mercedes" markalı, 99 UD 555 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin ( FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.