Modern.az

Paşinyan müharibədə itkin düşənlərin sayını AÇIQLADI

Paşinyan müharibədə itkin düşənlərin sayını AÇIQLADI

Aktual

7 Aprel 2022, 16:02

Ermənistan tərəfi 44 günlük müharibənin nəticələrinə əsasən, 208 nəfərin itkin düşdüyünü bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

 

“Ümumilikdə iki müharibənin, birinci Qarabağ və 44 günlük müharibənin nəticələrinə görə 985 nəfər itkin düşmüş hesab olunur”, - Paşinyan çıxışında bildirib.

 

Ermənistanın Baş naziri qeyd edib ki, Brüsseldə itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün Azərbaycan lideri və Avropa Şurasının rəhbəri Şarl Mişellə əməkdaşlıq imkanları müzakirə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...