Modern.az

Süni qiymət artımına qarşı nəzarət gücləndirilir

Süni qiymət artımına qarşı nəzarət gücləndirilir

Aktual

7 Aprel 2022, 14:52

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində rayon ərazisində süni qiymət artımına qarşı nəzarət tədbirlərinin gücləndirilməsi, istehlak bazarına nəzarətin artırılmasına həsr olunan müşavirə keçirilib.


Modern.az xəbər verir ki, müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə və təşkilatların nümayəndələri, bələdiyyə sədrləri, iş adamları və ictimaiyyət təmsilçiləri iştirak ediblər.


Müşavirə başlamazdan əvvəl torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.


Müşavirədə çıxış edən Alı Alıyev COVID-19 pandemiyası ilə əlaqədar ölkələr arasında sərhədlərin bağlanması, Rusiya və Ukrayna arasında baş verən müharibə, o cümlədən dünyada baş verən iqtisadi proseslərin Azərbaycandan da yan keçmədiyini, idxal-ixrac əməliyyatlarında yaranan problemlərin ölkəyə xaricdən idxal olunan bəzi ərzaq və digər məhsulların qiymətlərinin artmasına təsir etdiyini bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, dövlət qrumları ölkədə istehsal olunan və əhalinin ərzaq səbətinə daxil olan məhsulların qiymətlərinin sabit saxlanılmasına, yerli istehsalın artırılmasına çalmalıdırlar.

İcra başçısı bildirib ki, Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə  rayon İcra Hakimiyyəti aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına daim nəzarət edir, qiymətlərin süni şişirdilməsi, süni mal qıtlığı, qiymətlərdə manipulyasiya hallarına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün bu sahəyə diqqətdə saxlanılır.

Müşavirədə rayon vergilər şöbəsinin rəisi Aqil Atakişi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin nümayəndəsi Məqsəd Babayev, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Şirvan Atakişiyev, sahibkar Təyyar Cəfərov, Allahverdi Rüstəmov və digərləri çıxış ediblər.

Alı Alıyev rayonda istehlak bazarında süni qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektlərinin sahiblərinə xəbərdarlıq edərək bildirib ki, yuxarıda göstərilən qanunsuzluqlara yol verənlər barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.   

Alı Alıyev vətəndaşlara süni qiymət artımı ilə bağlı vətəndaşlıq mövqeyindən çıxış edərək ictimai nəzarət qaydasında rayon İcra Hakimiyyətində yaradılmış “qaynar xətt”ə və aidiyyəti qurumlara məlumat vermələrini xahiş edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı