Modern.az

Fransanın yeni prezidentini Bakıda seçəcəklər

Fransanın yeni prezidentini Bakıda seçəcəklər

Aktual

7 Aprel 2022, 17:00

Fransada keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıda səsvermə məntəqəsi açılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

Bildirilib ki, aprelin 10-da Fransada prezident seçkilərinin ilk turu keçiriləcək. Bununla əlaqədar Bakıda yaşayan Fransa vətəndaşları şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə saat 08:00-dən 19:00-a kimi Bakı Fransız Liseyində gəlib səs verə bilər.

 

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da, ikinci turu aprelin 24-də baş tutacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...