Modern.az

"Spotify" Rusiyada fəaliyyətini dayandırır

Aktual

7 Aprel 2022, 16:28

"Spotify" musiqi dinləmə xidməti aprelin 11-dən Rusiyada fəaliyyətini dayandıracaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.

 

"Mövcud vəziyyətin ətraflı təhlilindən sonra biz "Spotify" xidmətinin aprelin 11-dən etibarən Rusiyada fəaliyyətinin dayandırması barədə qərar qəbul etdik", - məlumatda deyilir.

 

Qeyd edək ki, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlarla bağlı bir çox şirkət və onlayn xidmətlər Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar