Modern.az

Ukraynada 2 mindən çox zirehli texnika məhv edilib

Ukraynada 2 mindən çox zirehli texnika məhv edilib

Aktual

7 Aprel 2022, 21:31

Rusiya qoşunları müharibə başlayan gündən – 24 fevraldan bəri 2000-dən çox Ukrayna tankı və digər zirehli texnikanı məhv edib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

 

"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 125 təyyarə, 95 helikopter, 416 pilotsuz uçuş aparatı, 2003 tank və digər zirehli döyüş maşını, 220 reaktiv yaylım atəşi sistemi, 869 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1902 ədəd xüsusi hərbi maşın məhv edilib", - Konaşenkov deyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı