“Novaya qazeta” nəşrinin baş redaktoru Dmitri Muratov Moskva-Samara qatarında hücuma məruz qalıb.
Modern.az xəbər verir ki, Muratov tanımadığı şəxsin onun üzərinə qırmızı boya tökdüyünü bildirib.
Onun sözlərinə görə, naməlum şəxs “Muratov, al, bizim oğlanların əvəzinə” , - deyə qışqırıb və üzərinə boya atıb.
Qeyd edək ki, Dmitri Muratov eyni zamanda hüquq müdafiəçisidir və 2021-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.