Modern.az

Rus hərbçiləri azərbaycanlıları Xersondan Krıma apardı

Rus hərbçiləri azərbaycanlıları Xersondan Krıma apardı

Aktual

8 Aprel 2022, 09:24

Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətindən 188 rusiyalını və əcnəbini, o cümlədən Azərbaycan vətəndaşlarını Krıma təxliyə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

 

“Bir gün əvvəl Cənub Hərbi Dairəsinin hərbi qulluqçuları 188 Rusiya, Moldova, Misir, Suriya, Liviya, Azərbaycan, Özbəkistan və Ukrayna vətəndaşlarının Ukraynanın Xerson vilayətindən Rusiya Federasiyasının ərazisinə təhlükəsiz çatdırılmasını təşkil ediblər.

 

Rusiya hərbçiləri Xersonun mərkəzi meydanında xüsusi hərbi əməliyyat zonalarını tərk etmək istəyənlərin hamısının avtobuslara, eləcə də şəxsi avtomobillərə təhlükəsiz daşınmasını təmin edib”,- Nazirliyin bu gün yaydığı məlumatda qeyd olunub.

 

Xatırladaq ki, bundan əvvəl Ukrayna Baş nazirinin müavini, ölkənin reinteqrasiya naziri İrina Vereşuk Xerson şəhərindəki azərbaycanlıların Rusiya hərbçiləri tərəfindən Krıma aparıldığını vurğulamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı