Modern.az

Aİ rəsmiləri Kiyevə təkliflər aparıb - YENİLƏNİB

Aİ rəsmiləri Kiyevə təkliflər aparıb - YENİLƏNİB

Aktual

8 Aprel 2022, 11:06

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Ukraynada səfərdədir.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ nümayəndəsi Jozep Borrel tviter səhifəsində yazıb.


“Biz Urusla fon der Lyayenlə artıq Ukraynadayıq. Prezident Volodimir Zelenski və hökumət başçısı Denis Şmıqalla görüşdə Ukraynaya yardımla bağlı konkret təkliflərlər planını təqdim edəcəyik”, - Aİ rəsmisi bildirib.

***

10:10

 

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyevə səfərə yola düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ nümayəndəsi Jozep Borrel tviter səhifəsində yazıb.

 

O, tezliklə Kiyevə çatacaqlarını bildirib. Səfər zamanı onların Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı