Modern.az

Şəhid anası haqqında yayılan iddiaları YALANLADI

Şəhid anası haqqında yayılan iddiaları YALANLADI

Aktual

8 Aprel 2022, 14:02

Son günlər sosial şəbəkələrdə bəzi şəhid analarının “Tik-Tok” hesablarında canlı yayım açaraq izləyicilərdən pul istəməsi barədə xoşagəlməz iddialar yayılıb.

 

İddialarda adı hallandırılan şəhid Sübhan Abdurrahmanlının anası Mehriban Abdurrahmanlı Modern.az-a açıqlamasında haqqında deyilən fikirlərə münasibət bildirib.

 

O “Tik-Tok” hesabında vətəndaşlardan pul istəməsi barədə xəbərlərin tamamilə yalan olduğunu söyləyib.

 

“Biz orada canlı yayıma qaziləri qoşaraq, söhbət etmişik. Bizə canlı yayım zamanı heç kim “jeton” atmayıb” - deyən şəhid anası haqqında yalan məlumat yayan şəxslərdən polis orqanlarına şikayət edəcəyini vurğulayıb.

 

 

Elmar Hüseynov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı