Modern.az

"Rusiya müharibənin birinci mərhələsində uduzub" - Reznikov

Aktual

8 Aprel 2022, 16:50

“Rusiya Ukraynanın müdafiəsini yarmağa nail ola bilmədi. Ukrayna müharibənin ilk turunda qalib gəlib, Rusiya uduzub. Amma indi resurslar istiqamətində rəqabət mərhələsinə qədəm qoyulub”.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

 

“Rusiyanın resurslarını Ukrayna ilə müqayisə etmək düzgün deyil. Amma indi Ukrayna ordusuna başqa silahlar lazımdır. Hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri, uzun mənzilli artilleriya raket kompleksləri və s. Ukrayna NATO ölkələrinin istifadə etdiyi silahları tez bir zamanda əldə etməlidir”,- nazir bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...