Modern.az

Qarabağda tapılan meyit qalıqları müayinə edilir - NAZİR

Qarabağda tapılan meyit qalıqları müayinə edilir - NAZİR

Aktual

9 Aprel 2022, 10:56

“Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşlarımızın meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi prosesi davam edir”.

 

Modern.az- xəbər verir, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

 

Nazirin sözlərinə görə, müayinələrdə müasir tibbi avadanlıqlardan istifadə olunur: “Prosesə xüsusi təlim keçmiş mütəxəssislər cəlb olunub. Bu barədə proses yekunlaşdıqdan sonra daha ətraflı məlumat veriləcək”.

 

Qeyd edək ki, Şuşanın Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Ağdamın Sırxavənd kəndi, Xocalının Fərrux kəndi və digər ərazilərdə aparılmış axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkarlanıb. Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olduğu ehtimal olunan meyitlərin qalıqları ekshumasiya edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı