Modern.az

Evdən 10 min manat və tüfəng oğurlandı

Evdən 10 min manat və tüfəng oğurlandı

Aktual

9 Aprel 2022, 11:52

Abşeronda evdən oğurluq edilib.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Rayon Polis İdarəsinə Novxanı kəndi ərazisindəki evlərin birindən 10.000 manat pul, sənəd olan seyf və 1 ədəd “Winchester” markalı ov tüfənginin oğurlanması barədə müraciət daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əhmədov müəyyən edilərək saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı