Modern.az

Əməkdar memarın ölkədən çıxışı qadağan olundu

Əməkdar memarın ölkədən çıxışı qadağan olundu

Aktual

9 Aprel 2022, 14:55

Azərbaycanın Əməkdar memarı Afis (Hafiz) Əmirxanovun ölkə hüdudlarından kənara çıxması məhdudlaşdırılıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, o, dövlətə olan vergi borcunu ödəmədiyi üçün məhkəməyə verilib. Dövlət Vergi Xidmətinin Bakı Kommersiya Məhkəməsində A.Əmirxanova qarşı qaldırdığı iddia təmin olunub.

 

Məlum olub ki, memarın Dövlət Sosial Müdafiə Fonduna borcu var.

 

Qeyd edək ki, A.Əmirxanov Əməkdar memar və Prezident təqaüdçüsüdür. O, vaxtilə Memarlar İttifaqının I vitse-prezidenti olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...