Modern.az

“Türkiyə oyun quran dövlətdir” - Fəxrəddin Altun

“Türkiyə oyun quran dövlətdir” - Fəxrəddin Altun

Aktual

9 Aprel 2022, 16:54

"Beynəlxalq təşkilatlardan Ukrayna ilə bağlı daha çox fəallıq gözləyirik".

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Türkiyə artıq beynəlxalq güclərin oyunlarının iştirakçısı yox, oyun quran dövlətdir:

 

“Sülh və sabitliyin zəmanətçisi olduğumuzu hər yerdə hiss etdiririk. Əslində BMT və NATO bu işi görməlidir. Amma indi onların nə qədər uğurlu olduğu müzakirə edilir. Rusiya-Ukrayna müharibəsində də bu həqiqət bir daha məlum oldu. Böhranlar zamanı beynəlxalq təşkilatlardan daha çox fəallıq gözləyirik. Lakin bu olmasa belə, biz təşəbbüskarlıq etməkdən çəkinmirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı