Bu gün Azərbaycan Premyer Liqasının XXII turunda “Şamaxı” və “Neftçi” komandaları qarşılaşıb.
Modern.az xəbər verir ki, görüşü izləməyə gedən “Neftçi” azarkeşləri oyundan öncə qəza törədiblər. Hadisə nəticəsində avtomobillər yararsız vəziyyətə düşüb, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, qarşılaşma qonaq komandanın 1:2 hesablı qələbəsi ilə başa çatıb.