Ukraynada dolların məzənnəsi müharibənin sonuna qədər 29,50 qrivna səviyyəsində dondurulub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının sədr müavini Sergey Nikolayçuk bildirib.
Onun sözlərinə görə, Ukraynanın qələbəsindən sonra tədricən üzən məzənnəyə qayıdış olacaq: "Milli Bank bunu iqtisadi sistemdə qəfil dəyişikliklərin və sarsıntıların qarşısını almaq üçün edir".