Modern.az

Boris Conson Kiyevə niyə gedib? - YENİLƏNİB

Boris Conson Kiyevə niyə gedib? - YENİLƏNİB

Aktual

9 Aprel 2022, 20:00

Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb. Bildirilib ki, tərəflər hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini müzakirə ediblər.

 

“Baş nazir Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirərək bu ölkəyə səfər edib. O, Zelenski ilə Ukraynaya uzunmüddətli dəstəyi müzakirə edib. Britaniya, həmçinin yeni maliyyə və hərbi yardım paketini təqdim edəcək”, - açıqlamda qeyd olunub.

 

***

18:05

 

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya səfər edib.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, Conson Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüş keçirib. Danışıqların detalları hələlik məlum deyil.

 

Qeyd edək ki, Boris Consonun Kiyevə səfər edəcəyi gözlənilmirdi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı