Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, koronavirusdan ölüm halı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 293 nəfər müalicə olunaraq sağalıb, 9703 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 220 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3826, bu günə qədər isə ümumilikdə 6 739 008 test icra olunub.
