Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevə səfəri zamanı yeni maliyyə və hərbi yardım paketini təqdim edib.
Modern.az xəbər verir ki, bu barədə Conson özünün "Twitter" hesabında məlumat paylaşıb.
"Bu gün Ukrayna xalqının sarsılmaz dəstəyinin əlaməti olaraq Kiyevdə dostum, Prezident Zelenski ilə görüşdüm. Biz yeni maliyyə və hərbi yardım paketini təqdim edirik", - deyə Baş nazir bildirib.
Qeyd edək ki, bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevə gözlənilməz səfər edib.