Modern.az

Ayın görünməyən tərəfində nələr var? - Alimlər açıqladı

Ayın görünməyən tərəfində nələr var? - Alimlər açıqladı

Aktual

10 Aprel 2022, 09:37

Yeni tədqiqatın nəticəsinə görə, Yer peykinin tərəfləri arasında fərq qədim nəhəng zərbə ilə bağlıdır. Ayın görünən üzü onun Yer ətrafında dövr etməyən hissəsindən çox fərqlənir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yer peykinin bizə görünən tərəfində Ay dənizləri – qədim lava axınlarının qalıqları olan tünd ləkələr üstünlük təşkil edir.

 

Peykin əks tərəfində isə çoxsaylı krater mövcuddur. Yəni praktik olaraq Ay dənizləri yoxdur. Alimlər uzun illərdir ki, Ayın iki tərəfinin niyə fərqli olduğunu izah etməyə cəhd göstərirlər.

 

İndi onların yeni fərziyyəsinə görə, bu, Ayın cənub qütbündə milyard illər bundan əvvəl baş verən nəhəng zərbə ilə bağlıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı