Modern.az

Minsk qrupunun fransız həmsədri İrəvana gedir

Minsk qrupunun fransız həmsədri İrəvana gedir

Aktual

10 Aprel 2022, 10:17

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bris Rokfey Ermənistana gedəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

 

Məlumatda bildirilib ki, Minsk qrupunun amerikalı həmsədrinin də yaxın vaxtlarda İrəvana səfəri gözlənilir. Həmsədrlərin İrəvanda nələri müzakirə edəcəyi isə açıqlanmır.

 

Qeyd edək ki, Azərbaycan tərəfi Minsk qrupunun bölgəyə gəlməsində maraqlı olmadığını dəfələrlə bəyan edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı