Modern.az

İmran Xanın köməkçisi tutuldu

İmran Xanın köməkçisi tutuldu

Aktual

10 Aprel 2022, 11:38

Pakistan polisi "Təhrik-i İnsaf" partiyasının üzvü, İmran Xanın sosial şəbəkələrdəki profillərini idarə edən fəal Arslan Xalidin evinə basqın edib.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

 

Arslan Xalid ötən gün istefaya göndərilən sabiq Baş nazir İmran Xanın üzdə görünməyən köməkçisi olub. Polis tərəfindən saxlanılan Xalidin evindən ona məxsus kompüter, mobil telefon və planşetlər ələ keçirilib.

 

Onun hansı səbəbə saxlanıldığı məlum deyil.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!