Modern.az

Həmkəndlisinin evindən oğurluq etdi

Həmkəndlisinin evindən oğurluq etdi

Aktual

10 Aprel 2022, 12:08

Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılan şəxsin oğurluq əməlinin də üstü açılıb.

 

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Musaküçə kənd sakini Xəqani Mamedov saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin oğurluq əməlinin də üstü açılıb. Belə ki, Xəqani Mamedovun gecə saatlarında həmkəndlisinə məxsus yaşayış evindən ümumi dəyəri 1500 manat olan 1 ədəd televizor və 1 ədəd noutbuk oğurladığı müəyyən edilib.

 

Oğurlanan əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı