Modern.az

Rusiyanın məhv edilən hərbçilərinin sayı – YENİ RƏQƏMLƏR

Rusiyanın məhv edilən hərbçilərinin sayı – YENİ RƏQƏMLƏR

Aktual

10 Aprel 2022, 12:30

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkilərini açıqlayıb.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, fevralın 24-dən bu günə qədər döyüşlərdə Rusiya tərəfi 19 300 nəfərə yaxın hərbçisini itirib.

 

Məlumata görə, son yeddi həftədə məhv edilən zirehli texnikanın sayı 2000-ə yaxınlaşır.

 

Bundan əlavə, Rusiya qoşunları müharibə dövrünə 722 tank, 1911 zirehli döyüş maşını, 342 artilleriya sistemi, 55 hava hücumundan müdafiə sistemi, 152 təyyarə, 137 helikopter, 1 384 avtomobil, hərbi texnika və sursat itirib.

 

"Bunlar tam dəqiq rəqəmlər deyil, qarşı tərəfin itkiləri daha çoxdur. Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib" - Baş Qərargahdan bildirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı