Modern.az

Gürcüstana Aİ-yə üzvlük sorğusu veriləcək

Gürcüstana Aİ-yə üzvlük sorğusu veriləcək

Aktual

10 Aprel 2022, 12:34

Avropa İttifaqı gələn həftə Gürcüstan və Moldovaya üzvlüyə namizəd statusunun verilməsi üçün zəruri olan anket təqdim edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Avropanın Genişlənmə və Qonşuluq üzrə komissarı Oliver Varqeyi açıqlama verib.

 

Komissarın sözlərinə görə, artıq sənəd onun əlindədir: "Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ötən gün anketi Ukraynaya təqdim edib. Aprelin 11-də mən anketi Gürcüstan və Moldovaya təhvil verəcəm. Cavablar Avropa Komissiyasına üç ölkə üzrə nəticə çıxarmağa kömək edəcək".

 

Xatırladaq ki, Gürcüstan martın 3-də ittifaqa üzvlüklə bağlı müraciət göndərib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı