Modern.az

ABŞ rus ordusunun peyk görüntüsünü yaydı - FOTO

ABŞ rus ordusunun peyk görüntüsünü yaydı - FOTO

Aktual

10 Aprel 2022, 13:04

"Rusiya qüvvələri Ukraynanın şərqindəki İzyum, Xarkov bölgələrinə əlavə birliklər yeritməklə Ukraynanın müdafiəsini yarmağa, həmçinin Mariupol şəhəri üzərində tam nəzarəti bərqərar etməyə çalışır".

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Hazırda Xarkovun qismən blokadası və şəhərin bombalanması davam edir.

 

Qeyd edək ki, ABŞ-ın özəl kosmik şirkəti olan "Maxar Technologies" tərəfindən yeni görüntülər yayılıb. Ortaya çıxan peyk görüntülərində Ukraynanın cənub-şərqindəki Velikiy-Burluk şəhəri ilə səkkiz mil (təxminən 13 km) uzunluğunda hərbi konvoyun hərəkəti əks olunub. 

 

Kadrlarda konvoyu təşkil edən zirehli maşınlar, yedəyə alınmış artilleriyaya malik yük maşınları və köməkçi avadanlıqlar görünür.

 

Xatırladaq ki, Xarkov şəhəri Ukraynanın şərqində, Rusiya sərhəddinin yaxınlığında yerləşir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı