Modern.az

Gürcüstanda bahalaşma - Nazir vəd verdi

Gürcüstanda bahalaşma - Nazir vəd verdi

Aktual

10 Aprel 2022, 13:19

"Ukrayna-Rusiya müharibəsi həqiqətən yeni çağırışlar yaratdı. Qiymət artımı tendensiyaları bütün ölkələrdə var. Ona görə də bu, istənilən hökumətin üzləşdiyi problemdir".

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib.

 

Onun sözlərinə görə, Gürcüstan hazırda vəziyyətdə ortaya çıxan problemləri aradan qaldırmaq üçün çalışır:

 

“Bizim üçün, əlbəttə, bir çox əlavə çağırışlar var, çünki qlobal tendensiyalarla yanaşı, onlar Gürcüstan iqtisadiyyatına birbaşa təsir göstərir, çünki Gürcüstanın valyuta gəlirlərinin böyük hissəsi iki ölkədən - Ukrayna və Rusiyadan asılıdır. Bu vəziyyətdə ortaya çıxan problemləri bir şəkildə tarazlaşdırmaq üçün çalışırıq. Onlardan biri Beynəlxalq Valyuta Fondu ilə imzaladığımız və “stand-by” rejimində olan yeni proqramdır. Biz 249 milyon dollar alacağıq, bu əlavə maliyyə resursudur, makroiqtisadi sabitliyimizi qorumaq üçün ondan müxtəlif ehtiyaclara uyğun istifadə etməyə imkan verəcək".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı