Türkiyə xüsusi təyinatlıları Suriya və İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Barış Pinarı” əməliyyatı zonasında 3, “Zeytun budağı”nda isə 2 YPG terrorçusu məhv edilib. Terrorçuların artilleriya atəşi ilə məhv edildiyi bildirilib.