Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bu gün Rusiya ilə Ukrayna arasında daha bir əsir mübadiləsinin baş tutduğunu təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə Tatyana Moskalkova Telegram kanalında məlumat yayıb.
Bildirilir ki, ötən gecə Rusiya-Ukrayna əsirlərinin növbəti mübadiləsi baş tutub:
“Onların arasında “Rosatom”un dörd əməkdaşı və hərbçilərimiz var. Əsirlər bu gün səhər tezdən Rusiya torpaqlarına endilər”.
Bundan əvvəl KİV Ukrayna baş nazirinin müavini İrina Vereşçuka istinadən Rusiya ilə üçüncü dəfə əsirlərin mübadiləsi barədə məlumat yaymışdı.