Modern.az

“Taliban”ın göndərdiyi səfir Rusiyada işə başladı

“Taliban”ın göndərdiyi səfir Rusiyada işə başladı

Aktual

10 Aprel 2022, 14:20

"Taliban" rejiminin Moskvaya səfir təyin etdiyi Camal Qarval Rusiya XİN tərəfindən akkreditasiyadan keçirilib və öz işinə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Əfqanıstan mediası məlumat yayıb.

 

"Taliban"ın tələbilə səfirlikdəki keçmiş Əfqanıstan bayrağının yerinə İslam Əmirliyinin "tövhid" bayrağı asılıb. 

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin 2003-cü ildə imzaladığı qərara əsasən, Rusiya "Taliban"ı terror təşkilatı kimi tanıyır və hələ də tanımaqda davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı